Yağıntılı hava şəraiti davam edir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Far.Az xəbər saytı

Yağıntılı hava şəraiti davam edir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA


Oktyabrın 26-sı saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Altıağac, Quba, Xaltan, Şamaxı, Şabran, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlaxda yağış, Qusar(Laza), Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 19, Aran rayonlarında 20, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

Oxşar xəbərlər

Gədəbəy ərazisindən axan Şəmkirçaydan sel keçir - YENİLƏNİB
Sentyabr ayının hava proqnozu açıqlanıb
Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər