Araşdırma: İnsanlar və meymunlar milyonlarla ildir ki, eyni şəkildə gülürlər
Beynəlxalq alimlər qrupu insanların və böyük meymunların təxminən 15 milyon ildir ki, eyni gülüş xüsusiyyətini qoruyub saxladıqlarını aşkar edib.
"Report" xəbər verir ki, tədqiqatın nəticələri Communications Biology (ComBio) jurnalında dərc edilib.
Gülüşün mənşəyini öyrənmək üçün tədqiqatçılar dörd oranqutan, üç bonobo, iki qorilla və dörd şimpanzenin reaksiyalarını qıdıqlayaraq qeydə alıblar. Təhlillər göstərdi ki, bütün böyük meymunların gülüşü izoxronik ritmə malikdir - səs partlayışları təxminən bərabər fasilələrlə davam edir.
Eyni ritmik quruluş insan gülüşü üçün xarakterikdir. Tədqiqat müəlliflərinin fikrincə, bu o deməkdir ki, bu xüsusiyyət təxminən 15 milyon il əvvəl yaşamış insanların və müasir böyük meymunların son ortaq əcdadında yaranıb.
"Gülüşün ritmik müntəzəmliyi böyük meymunlarda olduqca yaxşı qorunub saxlanılır. Bu, təxminən 15 milyon ildir ki, bu şəkildə güldüyümüzü göstərir"-, deyə tədqiqat müəllifi Çiyara De Gregorio qeyd edib.
Lakin, insanlar və digər primatlar arasında əhəmiyyətli bir fərq var. İnsanlar vəziyyətdən asılı olaraq gülüşlərinin tempi və xarakterini dəyişə bilərlər - nəzakəli bir gülüşdən tutmuş ucadan gurultuya və ya hətta saxta gülüşə qədər. Meymunların demək olar ki, belə bir elastikliyi yoxdur: oynayarkən və ya qıdıqlanarkən gülüşləri təxminən eyni qalır. Alimlər hesab edirlər ki, gülüşü idarə etmək və dəyişdirmək qabiliyyətinin inkişafı nitqin yaranmasına doğru atılan addımlardan biri ola bilər. Gülüş bir dil olmasa da, hər iki fenomen səs siqnallarının incə manipulyasiyasına əsaslanır.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
"Qarabağ" ingilislərə ŞOU GÖSTƏRDİ - Dünya bizdən DANIŞIR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da mina partlayışı zamanı yaralanıb
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir
-
Türkiyə və Suriya rəsmiləri ikitərəfli əməkdaşlığı və regional sabitliyi müzakirə ediblər













