Venesuelada zəlzələ qurbanlarının sayı 1450-yə çatdı
Venesuelada iyunun 24-də baş vermiş iki güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir. Son məlumata görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 1450-yə, yaralananların sayı isə 3150-yə yüksəlib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbərinin səlahiyyətlərini icra edən Delsi Rodriges videomüraciətində bildirib ki, ən çox zərər görən La Quayra ştatında əsas xidmətlərin bərpası istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, hazırda elektrik şəbəkəsinin 75 faizi, su təchizatının 68 faizi və avtomobil yollarının 90 faizi bərpa olunub.
Rodriges qeyd edib ki, bazar günü də dağıntılar altından sağ çıxarılan şəxslər olub. Bu səbəbdən axtarış-xilasetmə əməliyyatları dayandırılmayacaq və xilasedicilər işlərini davam etdirəcəklər.
Xarici KİV-in məlumatına görə, zəlzələdən sonra evlərini itirən sakinlərin yerləşdirilməsi üçün müvəqqəti düşərgələr yaradılıb. Eyni zamanda, zədələnmiş yaşayış binalarında təhlükəsizlik qiymətləndirmələri aparılır.
Bundan başqa, ABŞ, Kanada, Braziliya, Meksika, Almaniya və digər ölkələr Venesuelaya xilasetmə qrupları və humanitar yardım göndəriblər.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecə baş verən meteor yağışı Azərbaycanda belə izlənib - MARAQLI GÖRÜNTÜLƏR
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb













