Didye Deşam: "Qarşıdakı iki gündə İsveç üzərində qazanılan qələbənin sevincini yaşayacağıq"
Far.Az xəbər saytı

Didye Deşam: "Qarşıdakı iki gündə İsveç üzərində qazanılan qələbənin sevincini yaşayacağıq"


Fransa millisi qarşıdakı iki gündə İsveç üzərində qazanılan qələbənin sevincini yaşayacaq.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu "xoruzlar"ın baş məşqçisi Didye Deşam İsveçə qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Böyük qürur hissi keçirirəm. Bizim bir missiyamız var. Oyunumuzdan əvvəl 1/16 final mərhələsində keçirilən digər matçlar çətin mübarizə şəraitində keçmişdi. Deməzdim ki, bizim oyun asan oldu, amma müəyyən üstünlüyümüz var idi. Bununla belə, ilk hissədə yaratdığımız fürsətlərdən daha səmərəli istifadə edə bilərdik.

İndi isə qarşımızda daha bir maneə var və futbolçular da məhz bunun üçün buradadırlar. Qarşıdakı mərhələlər barədə indidən çox düşünməməliyik. Əks halda, reallıq bizi tez bir zamanda yerə endirə bilər. Paraqvay təsadüfən bu mərhələyə yüksəlməyib. Bu komanda Cənubi Amerika futboluna xas xarakterə malikdir və heyətində keyfiyyətli futbolçular var. Onları ətraflı təhlil etmək üçün vaxtımız olacaq. Amma ondan əvvəl qarşıdakı iki günü bu uğurun sevincini yaşamağa sərf edəcəyik".

Qeyd edək ki, İsveç seçməsinə 3:0 hesabı ilə qalib gələn Fransa 1/8 finala yüksəlib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər