KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
Far.Az xəbər saytı

KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib


"KazMunayQaz" (KMG) SC-nin İdarə Heyətinin sədri Asxat Xasenovla "Chevron" şirkətinin "upstream" üzrə prezidenti Kley Neff arasında Astanada keçirilən görüş zamanı Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə və əlavə ixrac marşrutu kimi Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəməri ilə dünya bazarlarına tədarükü məsələsi müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan şirkəti məlumat yayıb.

"KMG və "Chevron" geoloji kəşfiyyat sahəsində əməkdaşlığı müzakirə edib. Hazırda şirkətlər Qazaxıstanda perspektivli geoloji kəşfiyyat layihələri çərçivəsində qarşılıqlı fəaliyyət imkanlarını öyrənir. Bundan əlavə, Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə və əlavə ixrac marşrutu kimi BTC istiqamətində dünya bazarlarına tədarükü müzakirə olunub", - məlumatda qeyd edilib.

Nəticədə "KazMunayQaz" və "Chevron" qarşılıqlı faydalı tərəfdaşlığı möhkəmləndirməyə hazır olduqlarını təsdiqləyib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzit daşınmasının həcmi 4 milyon tona çatdırılıb
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər