Tikdirmək, yoxsa hazır ev almaq? – Ən sərfəli variant açıqlandı
Son illər daşınmaz əmlak bazarında qiymətlərin artması fonunda vətəndaşları ən çox düşündürən suallardan biri də ev tikdirməyin, yoxsa hazır ev almağın daha sərfəli olmasıdır.
Bu sualın cavabı ilk növbədə alıcının maliyyə imkanları ilə gələcək planlarından asılıdır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, kifayət qədər büdcəsi olan şəxslər üçün torpaq sahəsi alaraq evi öz zövqünə və ehtiyaclarına uyğun inşa etdirmək daha məqsədəuyğun hesab olunur:
"Bu halda evin layihəsi, planı və istifadə ediləcək tikinti materialları tamamilə sahibinin istəyinə uyğun seçilə bilir.
Lakin əsas məqsəd qısa müddətdə yaşayış üçün ev əldə etməkdirsə, hazır fərdi yaşayış evinin alınması daha əlverişli variant sayılır. Hazırda bazarda müxtəlif qiymət kateqoriyalarında kifayət qədər ev təklif olunur və tikinti materiallarının, eləcə də işçi qüvvəsinin bahalaşdığı indiki şəraitdə hazır ev almaq bir çox hallarda daha sərfəli başa gəlir.
Uzunmüddətli investisiya baxımından isə torpaq sahəsi digər daşınmaz əmlak növlərindən fərqlənir. Çünki torpaq məhdud resursdur və onun həcmini artırmaq mümkün deyil. Məhz bu səbəbdən torpaq sahələrinin qiyməti illər keçdikcə artmağa meyillidir və gələcəkdə də bu tendensiyanın davam edəcəyi gözlənilir".
AQC sədri vurğulayıb ki, köhnə binaların sökülərək yerində yenilərinin tikilməsi mümkün olsa da, yeni torpaq yaratmaq mümkün deyil:
"Bu isə torpaq sahələrinin bazarda dəyərini qoruyan və zamanla bahalaşan ən etibarlı investisiya alətlərindən birinə çevirir. Əsas məqsəd gələcəkdə qazanc əldə etməkdirsə, torpaq almaq daha düzgün seçimdir. Hətta həmin ərazidə tikintiyə dərhal başlamaq vacib deyil. Torpaq sonradan tikinti üçün istifadə oluna və ya daha yüksək qiymətə satıla bilər.
Bununla belə, ailənin əsas hədəfi yaşayış problemini həll etməkdirsə, mövcud bazar şəraitində hazır ev almaq həm vaxt, həm də maliyyə baxımından daha məqsədəuyğun seçim hesab olunur.
Seçim iki əsas amildən asılıdır: yaşayış ehtiyacı varsa, hazır ev almaq daha sərfəlidir; məqsəd investisiyadırsa, torpaq sahəsi almaq daha gəlirli seçim hesab edilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub













