IEA: Azərbaycan iyulda "OPEC+" kvotasından gündəlik 110 min barel geri qalıb
Far.Az xəbər saytı

IEA: Azərbaycan iyulda "OPEC+" kvotasından gündəlik 110 min barel geri qalıb


Azərbaycanda neft hasilatı iyul ayında gündəlik 440 min barel təşkil edib.

Bu barədə "Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, iyun ayı ilə müqayisədə eyni olub.

IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın iyul ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 110 min barel geri qalıb.

Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
IEA: Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 100 min barel geri qalıb
IEA: Azərbaycan mayda "OPEC+" kvotasından gündəlik 110 min barel geri qalıb
IEA: Azərbaycanın yanvarda "OPEC+" kvotasından geri qalması gündəlik 90 min bareli üstələyib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər