İsrail Qüdsdə ABŞ səfirliyi üçün torpaq sahəsi ayırıb
Far.Az xəbər saytı

İsrail Qüdsdə ABŞ səfirliyi üçün torpaq sahəsi ayırıb


İsrail Qüdsdə ABŞ səfirliyinin daimi binasının tikintisi üçün torpaq sahəsi ayırıb.

"Far.Az" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi ilə birlikdə İsrailin paytaxtı Qüdsdə ABŞ səfirliyinin daimi binası üçün torpaq sahəsinin ayrılması barədə sazişi imzaladıq", - o yazıb.

G.Saar qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə qərarı (2018-ci ildə - red.) ən mühüm diplomatik addımlardan biri olub.

O əlavə edib ki, bu qərardan sonra bir sıra ölkələr də bu nümunəni izləyiblər: "Bu, İsrail və Birləşmiş Ştatlar arasındakı sarsılmaz ittifaqda daha bir mərhələdir. ABŞ İsrail üçün həyati əhəmiyyətli və əvəzedilməz olduğu kimi İsrail də ABŞ və onun regiondakı maraqları üçün həyati əhəmiyyət kəsb edir. Biz ölkələr arasındakı münasibətləri möhkəmləndirməyə davam edəcəyik".

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər