Azərbaycan və Türkiyə ədliyyə sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov türkiyəli həmkarı Akın Gürleklə görüşüb, əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Bu barədə "Far.Az"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Fərid Əhmədov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, iki ölkə arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son illər nazirliklər arasında həyata keçirilən qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin və birgə fəaliyyət mexanizmlərinin əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.
Hüquqi yardım, penitensiar və probasiya sistemləri, rəqəmsal həllərin tətbiqi, təcrübə mübadiləsi və kadr hazırlığı istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə layihələrin və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin hüquq sahəsində inteqrasiyanın gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













