Enner Valensiya Ekvador yığmasındakı karyerasını başa vurub
Ekvador yığmasının hücumçusu Enner Valensiya DÇ-2026-nın 1/16 finalında Meksikaya məğlubiyyətdən (0:2) sonra millidəki karyerasını başa vurduğunu elan edib.
"Far.Az" "El Comercio"ya istinadən xəbər verir ki, 35 yaşlı forvard final fitindən sonra emosiyalarını cilovlaya bilməyərək diz çöküb və ağlayıb.
Təcrübəli oyunçu yığma ilə sağollaşıb:
"Kədərliyəm, amma eyni zamanda rahatam, çünki hər zaman Ekvador yığmasına sadiq olmuşam. Bu, millidəki son oyunum idi. Hamı ilə sağollaşdım. Çox qəmli gündür və vidalaşmağımın məhz bu cür olmasını istəməzdim".
Qeyd edək ki, E.Valensiya 2012-ci ildən Ekvador yığmasında çıxış edirdi. O, millinin heyətində keçirdiyi 109 oyunda 49 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun aktivində 15 sarı və 2 qırmızı vərəqə var.
Oxşar xəbərlər
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













