"SOCAR Trading" Afrika və Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarını nəzərdən keçirir
"SOCAR Trading" hazırda Afrika və Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarını öyrənir.
"Far.Az" xəbər verir ki, bunu "SOCAR Trading"in Beynəlxalq biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) artıq iştirak etdiyi, lakin hələ ki, o qədər də fəal olmadığı Qara dənizin qərb sahili kimi bazarlarda böyük imkanlar mövcuddur: "Söhbət Rumıniya, Albaniya, Bolqarıstan və təbii ki, Yunanıstandan gedir. Rumıniyada biz yanacaqdoldurma məntəqələri şəbəkəsi ilə təmsil olunuruq. Terminallara gəlincə, Albaniyada şirkət qeydiyyatdan keçib və SOCAR bu ölkənin tarixində ilk dəfə Korça şəhərinə təbii qaz tədarükünə başlamaq üçün hazırda həmin şirkət vasitəsilə fəaliyyətini genişləndirir. Bu, həm də perspektivli inkişaf istiqamətlərindən biridir".
T.Köçərli vurğulayıb ki, hazırda komandasının əsas səyləri yeni bazarlarda cəmləşib: "Afrikaya, Cənub-Şərqi Asiyaya - Pakistan, Banqladeş, Hindistan kimi ölkələrə diqqət yetiririk. Bunlar bizdən bir qədər uzaqda yerləşən, lakin bununla belə maraqlı imkanlar təqdim edən nəhəng bazarlardır".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













