iPhone istifadəçilərinə təcili xəbərdarlıq - Dərhal yeniləyin
"Apple" təhlükəsizliklə bağlı vacib yeniləmə olan iOS 26.5.2 versiyasını istifadəyə verib və uyğun iPhone modellərinin sahiblərinə sistemi gecikdirmədən yeniləməyi tövsiyə edib.
Far.Az xəbər verir ki, bu barədə "9to5Mac" portalı məlumat yayıb.
Bildirilib ki, yeni yeniləmə əsasən təhlükəsizlik boşluqlarının aradan qaldırılmasına yönəlib. Şirkət təxminən 30 təhlükəsizlik zəifliyini, xüsusilə də internet məzmununun emalına cavabdeh olan "WebKit" mühərriki və digər sistem komponentlərindəki problemləri aradan qaldırıb.
"Apple" eyni zamanda iPadOS 26.5.2 və macOS 26.5.2 yeniləmələrini də təqdim edib. Bu versiyalar da planşet və kompüterlərin potensial kibertəhdidlərdən qorunmasını gücləndirir.
İstifadəçilər yeni versiyanı cihazın "Parametrlər" → "Proqram təminatının yenilənməsi" bölməsindən quraşdıra bilərlər.
Məlumata görə, "Apple" iOS 27-nin rəsmi təqdimatına qədər iOS 26 xətti üzrə daha azı bir böyük yeniləmə yayımlamağı planlaşdırır. Hazırda isə iOS 27-nin sınaqları davam edir və onun yekun versiyasının sentyabrın ortalarında istifadəyə veriləcəyi gözlənilir.
Oxşar xəbərlər
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
iPhone işlədənlər üçün VACİB XƏBƏR
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
ABŞ-də atışma zamanı üç nəfər həlak olub
-
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib













