Kiyevdən dəhşətli kadrlar: "Sağ çıxacağıma inanmırdım"
İyulun 2-də Ukraynanın paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb.
Əsasən ballistik raketlərin istifadə olunduğu zərbələr nəticəsində paytaxtın mərkəzi Peçersk rayonu da daxil olmaqla, bir sıra ərazilərdə ciddi dağıntılar qeydə alınıb. Baş vermiş faciə ilə əlaqədar iyulun 3-ü Kiyevdə matəm günü elan olunub.
Paytaxtla yanaşı, Dnepropetrovsk, Çerniqov, Sumı və Xarkov vilayətləri də hücumlara məruz qalıb. İlkin məlumatlara görə, Rusiya ordusu həmin gün ölkə ərazisinə 600-ə yaxın müxtəlif tipli dron və 60-a yaxın ballistik raket atıb. Ukrayna Silahlı Qüvvələri həmin vasitələrin əksəriyyətinin zərərsizləşdirildiyini bildirib.
Hücumun dəhşətlərini yaşayan Kiyev sakinlərindən biri Baku TV-yə açıqlamasında yaşadığı qorxu dolu anları bölüşüb: "Gecə yatmışdıq, qəfil hücum başladı. Nə baş verdiyini anlamadım. Raketlər ard-arda uçmağa başladı və güclü partlayış səsləri qopdu. Möcüzə nəticəsində dəhlizə keçə bildim. Qapını aça bilmirdim, sonda xilasedicilər gəlib məni oradan çıxardılar. Sağ çıxacağıma inanmırdım, əsas odur ki, sağam".
Son məlumatlara əsasən, hücum nəticəsində 20-yə yaxın insan həyatını itirib, yüzlərlə zərərçəkən var.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Rusiyanın hava zərbələrinə məruz qalan Kiyevdən - FOTOREPORTAJ
Bakını ağuşuna alan DUMANLI KADRLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
ABŞ-də atışma zamanı üç nəfər həlak olub
-
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib













