Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik: "Bəlkə də, növbəti dünya çempionuna qarşı çıxış etmişik"
Far.Az xəbər saytı

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik: "Bəlkə də, növbəti dünya çempionuna qarşı çıxış etmişik"


Avstriya millisi, bəlkə də, növbəti dünya çempionuna qarşı mübarizə aparıb.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Ralf Ranqnik İspaniya yığmasına qarşı DÇ-2026-nın 1/16 final oyunundan sonra deyib.

Mütəxəssis məğlub olduqları görüşü qiymətləndirib:

"Qrup mərhələsinin və pley-offun necə çətin keçəcəyini bilirdik. İspaniyaya qarşı oynamaq çox ağırdır. Rəqib, demək olar, heç bir səhvə yol vermədi. Biz Avropa çempionuna qarşı mübarizə apardıq. Bəlkə də, növbəti dünya çempionuna qarşı çıxış etmişik.

İspaniya yığmasının ehtiyat oyunçular skamyasından meydana daxil olan futbolçulara baxmaq kifayətdir. Heyətdə "Real"dan bir nəfər də yox idi. Bu fakt İspaniya futbolunun səviyyəsinin nə qədər yüksək olduğunu göstərir".

Qeyd edək ki, İspaniya Avstriya seçməsinə 3:0 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.

Oxşar xəbərlər

Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər