İstehsalatda bədbəxt hadisə ilə üzləşən könüllülərə sığorta haqqının ödənilməsi mexanizmi müəyyənləşir
İstehsalatda bədbəxt hadisə ilə üzləşən könüllülərə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən olunur.
"Report" xəbər verir ki, bununla bağlı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödənilməsi müəyyən edilir.
Eyni zamanda layihədə sığorta fondunun sabitliyinin qorunması, sistemin proqnozlaşdırıla bilən olması, çox yüksək gəlirli şəxslərlə orta gəlirli şəxslər arasındakı ödəniş balansının qoruması məqsədi ilə birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda hesablanmış sığorta ödənişinin məbləğinin minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla təyin edilərək ödənilməsi təklif olunur.
Bu həddin tənzimlənməsi risklərin həcmini, həmçinin sığortaçının məsuliyyət dairəsini müəyyənləşdirməyə imkan yaradacaqdır. Əks təqdirdə riskin idarəolunmazlığı sığorta sisteminin zəifləməsinə, beləliklə sığorta olunanlar qarşısında öhdəliklərin yerinə yetirilməsində çətinliklərin yaranmasına səbəb ola bilər.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir
-
Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib













