Çimərlikdə bu qidaları yemək təhlükəli ola bilər
Yay mövsümündə çimərliklərə üz tutanların əksəriyyəti evdə hazırladıqları yeməkləri də özləri ilə aparmağa üstünlük verir. Lakin mütəxəssislər bildirirlər ki, yüksək temperatur şəraitində bəzi qidaların düzgün saxlanılmaması qida zəhərlənməsinə səbəb ola bilər.
Far.Az xəbər verir ki, xüsusilə mayonezlə hazırlanan salatlar, bişmiş toyuq, ət və balıq yeməkləri, qiyməli qidalar, kotlet, dolma, süd məhsulları və kremli şirniyyatlar isti havada tez xarab olur.
Bu cür məhsullar saatlarla günəş altında və ya soyuducu şərait olmadan saxlanıldıqda bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaranır.
Mütəxəssislər evdən gətirilən yeməklərin mütləq termo (soyuducu) çantalarda və buz paketləri ilə daşınmasını tövsiyə edirlər. Bişmiş qidaların uzun müddət açıq havada saxlanılması isə məsləhət görülmür.
Çimərlikdə daha təhlükəsiz seçim kimi yaxşı yuyulmuş meyvələr, çərəzlər, quru meyvələr, tam taxıllı qəlyanaltılar və kifayət qədər su istehlakı tövsiyə edilir.
Həkimlər bildirirlər ki, ürəkbulanma, qusma, ishal, qarın ağrısı və yüksək hərarət kimi əlamətlər qida zəhərlənməsinin göstəricisi ola bilər. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək vacibdir.
Oxşar xəbərlər
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













