Starmer xələfini mürəkkəb beynəlxalq vəziyyət barədə xəbərdar edib
Böyük Britaniyanın yeni Baş naziri xarici siyasətə daha çox diqqət ayırmalı olacaq.
"Report" xəbər verir ki, bunu Britaniyanın Baş naziri postunu tərk edən Kir Starmer BBC-yə müsahibəsində bildirib.
"Xələfim kim olursa-olsun, o, eyni qlobal münaqişə ilə üzləşməli olacaq. Biz qeyri-sabit bir dünyada yaşayırıq. Bu, reallıqdır", - K.Starmer vurğulayıb.
Onun sözlərinə görə, daxili və xarici siyasət arasında dəqiq sərhəd çəkmək mümkün deyil, çünki onlar birbaşa bir-biri ilə əlaqəlidir:
"Tez-tez belə bir sual yaranır ki, beynəlxalq və daxili problemlərin həlli arasında düzgün balans necə tapıla bilər. Lakin bunlar eyni şeydir. Əgər siz baş nazirsinizsə və ölkədəki hər bir ailənin kommunal xidmətlərə görə ödəyəcəyi hesablar sizi narahat edirsə, o zaman Ukraynadakı vəziyyətin uzunmüddətli həlli yollarının tapılmasına və Hörmüz boğazında baş verənlərə diqqət yetirməlisiniz".
K.Starmer həmçinin bildirib ki, onun Endi Bernhemə qarşı "heç vaxt şəxsi ədavəti olmayıb" və o, növbəti hökumətin uğurlu olmasını təmin etmək üçün "əlindən gələni edəcək".
Qeyd edək ki, K.Starmer iyunun 22-də baş nazir postundan istefa verdiyini açıqlayıb. Hazırda Mançesterin sabiq meri Endi Bernhem Leyboristlər Partiyasının lideri postuna yeganə namizəd olaraq qalır. Yeni liderin iyulun ortalarına qədər vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













