Nazir: Gürcüstan Azərbaycan da daxil Orta Dəhlizdə iştirak edən dövlətlərin Anakliya limanına investisiya yatırmasını alqışlayır
Anakliya limanı "Landlord" modeli əsasında inkişaf etdiriləcək. Azərbaycan da daxil olmaqla Orta Dəhliz marşrutunda iştirak edən dövlətlərin Anakliya limanına investisiya yatırmasını alqışlayır.
"Far.Az"un Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti Anakliya Dərin Dəniz Limanının dünyanın geniş tətbiq olunan "Landlord" (Ev Sahibi) modeli əsasında tikilməsi barədə qərar qəbul edib. Bu model çərçivəsində dövlət əsas dəniz və liman infrastrukturunun sahibi olaraq qalacaq, onun inkişafı və idarə edilməsini təmin edəcək.
Nazir qeyd edib ki, "Landlord" modeli Anakliya limanının əvvəlcədən nəzərdə tutulduğu kimi yalnız bir dövlətlə deyil, eyni vaxtda bir neçə ölkə və şirkətlə tərəfdaşlıq şəraitində inkişafına imkan verəcək. Bu isə limana daha çox yük axınının cəlb olunmasına və onun səmərəli fəaliyyətinə şərait yaradacaq.
Kvrivişvili qeyd edib ki, hökumətin əsas məqsədi tərəfdaş ölkələrin iştirakı və maraqları nəzərə alınmaqla Anakliya limanını beynəlxalq maraqların, kapitalın və yük axınlarının cəmləşdiyi regional mərkəzə çevirməkdir.
Nazirin sözlərinə görə, dövlət liman infrastrukturu ilə yanaşı, Anakliyaya avtomobil və dəmir yolu bağlantısının yaradılmasını da təmin edəcək. Konteyner və toplu yük terminallarının tikintisi üçün tələb olunan investisiyalar isə beynəlxalq investorlar və özəl operatorlar tərəfindən həyata keçiriləcək.
Kvrivişvili əlavə edib ki, Gürcüstan hökuməti xüsusilə Çin, Mərkəzi Asiya ölkələri və Azərbaycan da daxil olmaqla Orta Dəhliz marşrutunda iştirak edən dövlətlərin Anakliya limanına investisiya yatırmasını alqışlayır.
Nazirin fikrincə, qəbul edilən qərar Gürcüstanın milli maraqlarını gücləndirəcək, yeni iqtisadi imkanlar yaradacaq və ölkənin Orta Dəhliz layihəsində əsas iştirakçılardan birinə çevrilməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













