Trampdan Meloniyə növbəti atmaca: "Uzaqlaşdırma qərarı lazımdır"
ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə aralarında yaşanan gərginliyi növbəti paylaşımı ilə davam etdirib.
BAKU.WS xəbər verir ki, Tramp sosial şəbəkə hesabında Meloni ilə əl sıxdığı fotonu paylaşaraq üzərinə "Uzaqlaşdırma qərarı lazımdır" ifadəsini yazıb.
Bu paylaşım iki lider arasında bir müddətdir davam edən "fotoşəkil" mübahisəsinin yeni mərhələsi kimi qiymətləndirilir.
Xatırladaq ki, Tramp iyunun 19-da verdiyi müsahibədə G7 Sammiti çərçivəsində Meloninin onunla şəkil çəkdirmək üçün israr etdiyini iddia etmişdi.
"Mənimlə foto çəkdirmək üçün yalvardı. Çox istəyirdi. Əslində razılaşmayacaqdım, amma ona yazığım gəldi", – deyə Tramp bildirmişdi.
Meloni isə həmin gün bu iddiaları təkzib edərək, "Unudulmamalıdır ki, nə mən, nə də İtaliya heç vaxt yalvarmaz", – sözləri ilə cavab vermişdi.
Daha sonra Tramp Meloninin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarından sonra yenidən onunla yaxın münasibətlər qurmağa çalışdığını iddia edib və "Təşəkkür edirəm, ehtiyac yoxdur" ifadəsini işlədib.
İtaliya Baş naziri isə buna cavab olaraq Trampın davamlı və səbəbsiz hücumlarının mənasız olduğunu bildirib və əlavə edib ki, "Sənin dostun olmaq mənə populyarlıq baxımından heç bir üstünlük qazandırmayıb".
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
Süni intellekt üçün internet Bakcelldən













