Ərdoğanın Trampla görüşünün gündəliyi açıqlanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində baş tutacaq görüş iki fərqli gündəm yaradır.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Prezidentimizin görüşü cənab Trampın səfəri ilə birlikdə əslində iki vacib gündəm yaradır. Biri NATO Zirvəsidir, digəri isə cənab Prezident Trampın dövlət səfəridir", - o bildirib və əlavə edib ki, bu səbəbdən səfər əhəmiyyətlidir.
B. Duran liderlərin müzakirə mövzularına da toxunub:
"Prezidentimizin cənab Trampla telefon danışıqlarında gündəmdə saxlanılan çox sayda ikitərəfli mövzular var. Bunların bir qismini bilirsiniz. Bir tərəfdən "KAAN" mühərrikləri məsələsi var idi. Daha əvvəl "Halkbank məsələsi" olub. Türkiyənin müdafiə və təhlükəsizlik əməkdaşlığı çərçivəsində ABŞ ilə apardığı digər məsələlər də var.
Beləliklə, bunların hamısının gündəmdə olması gözlənilir. Təbii ki, bununla yanaşı, ABŞ ilə ticarət gündəmimiz vacibdir, bilirsiniz. Bütün bu mövzuların hamısı müzakirə ediləcək".
Xatırladaq ki, Trampın administrasiyası Konqresin etirazlarına baxmayaraq, Türkiyəyə yüz milyonlarla dollar dəyərində reaktiv mühərriklərin satışını təsdiqləməyi planlaşdırır. Söhbət Türkiyə qırıcı təyyarəsi "KAAN"da istifadə olunacaq "General Electric" mühərriklərindən gedir.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













