Türkiyə məhkəməsi rusiyalı səfir Karlovun qətlini casus əməliyyatı kimi tanıdı
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun 2016-cı ildə qətlə yetirilməsi təkcə terror aktı deyil, həm də ustalıqla hazırlanmış casusluq əməliyyatı olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Sabah" qəzeti bu barədə məhkəmə materiallarına istinadən məlumat yayıb.
Sənədlərdə qeyd olunur ki, 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra FETÖ-nün əsas məqsədi qorxu yaymaq və Türkiyəni nüfuzdan salmaq olub. Təşkilatçılar ölkəni xarici diplomatları qoruya bilməyən "təhlükəli bir yer" kimi təqdim etməyə çalışıblar. "15 iyul çevriliş cəhdinin uğursuzluğundan sonra FETÖ hüceyrələri Türkiyəni müharibəyə sürükləmək üçün şeytani planı işə saldılar", - deyə nəşr cinayət işinin materiallarından çıxarış təqdim edib.
Sui-qəsdin kəşfiyyat hissəsini Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Rusiya bölməsinə sızmış FETÖ üzvləri hazırlayıblar. Onlar diplomatın səfirlikdən çıxma vaxtı, avtomobil nömrələri və mühafizəçiləri barədə məlumat toplayıblar. Hadisə yerində zərərsizləşdirilən qatil Mevlüt Mert Altıntaşın hücuma dörd ay hazırlandığı müəyyən edilib.
Məhkəmə həmçinin müəyyən edib ki, FETÖ cinayətdəki izini gizlətməyə çalışaraq, məsuliyyəti cihadçı qruplaşmaların üzərinə yıxmağa cəhd göstərib. İşin materiallarında o da vurğulanır ki, cinayətin fiqurantlarından biri olan Cemal Karaata əməllərinin nəticəsindən qorxaraq Kanadaya qaçıb.
Oxşar xəbərlər
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
İrandan bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib - YENİLƏNİB-4
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













