Maurisio Poçettino: "Bu gün bizim günümüz deyildi"
Far.Az xəbər saytı

Maurisio Poçettino: "Bu gün bizim günümüz deyildi"


Belçikaya qarşı matçda ABŞ yığması öz gücündə olmayıb.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu amerikalıların baş məşqçisi Maurisio Poçettino Belçika yığmasına qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis uduzduqları görüşü dəyərləndirib:

"Başlanğıcdan etibarən bizim üçün çox çətin oyun alındı. Belçika millisini təbrik edirəm, onlar üstün oynadılar. Bu gün bizim günümüz deyildi. Bu sözləri bəhanə kimi qəbul etmək olmaz. Adətən nümayiş etdirdiyimiz oyunu sərgiləyə bilmədik və reallıq bundan ibarətdir.

Bu matçdan nəticə çıxarmalı, oyunu təhlil etməli və dünya çempionatının əvvəlki qarşılaşmalarından fərqli olaraq niyə bu görüşə eyni yanaşmanı göstərə bilmədiyimizi anlamalıyıq".

Qeyd edək ki, Belçika ABŞ seçməsinə 4:1 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib
DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
Maurisio Poçettino: "Futbolçularım böyük xarakter nümayiş etdirdilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər