Avropa orduları yeni müharibəyə hazır deyil? - Artan təhlükənin pərdəarxası
Far.Az xəbər saytı

Avropa orduları yeni müharibəyə hazır deyil? - Artan təhlükənin pərdəarxası


Baku TV-də yayımlanan "Hərbi xronika"nın budəfəki buraxılışında Avropa ordularının üzləşdiyi yeni hərbi-texnoloji çağırışlar və bu təhlükələrə cavab üçün vahid mexanizmin yaradılması zərurəti təhlil olunub.

Bildirilib ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının müavini, Britaniya Kral Hərbi Hava Qüvvələrinin aviasiya baş marşalı Ser Conni Stringer Avropa orduları üçün əsas prioritetlər sırasında ucuz və kütləvi istehsal olunan dronları, interseptorları, dərinlikdə dəqiq zərbə imkanlarını, radioelektron mübarizəni və uzaqmənzilli raketlərə qarşı hava hücumundan müdafiəni qeyd edib.

Vurğulanıb ki, Avropada güclü ordular, inkişaf etmiş müdafiə sənayesi və böyük maliyyə imkanları olsa da, bu resursları vahid əməliyyat planı əsasında birləşdirən sürətli qərar mexanizmi hələ formalaşmayıb. "Vahid Avropa Ordusu" ideyası illərdir müzakirə edilsə də, suverenlik, maliyyə bölgüsü, müdafiə sifarişləri və komandanlıq məsələləri bu prosesə mane olur.

Qeyd olunub ki, müasir müharibələrdə yalnız bahalı tank, qırıcı və raketlərə arxalanmaq kifayət etmir. Kütləvi istehsal olunan kiçik zərbə və müşahidə vasitələri döyüşə daha tez cəlb olunur, itkilər operativ əvəzlənir və rəqibin müdafiəsi fasiləsiz yüklənir. Dərinlikdə dəqiq zərbənin effektivliyi isə hədəfin vaxtında aşkarlanması, koordinatların təsdiqi və zərbə vasitəsinin gecikmədən yönləndirilməsindən asılıdır. Diqqətə çatdırılıb ki, radioelektron mübarizə, hava hücumundan müdafiə və rəqəmsal hədəfləmə sistemləri yeni döyüş reallığında həlledici rol oynayır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər