"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Çətin oyun oldu"
Far.Az xəbər saytı

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Çətin oyun oldu"


"Sabah"ın UEFA Çempionlar Liqasının I mərhələsində TNS-lə (Uels) matçı çətin keçib.

"Far.Az" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-lə oyundan (1:0) sonra mətbuat konfransında deyib.

Mütəxəssis nəticəni dəyərləndirib:

"Futbolçularımı, azarkeşləri təbrik edirəm. Çətin oyun oldu. Mümkün qədər çox hücum etməyə çalışdıq. Gözlədik və nəhayət istədiyimiz qolu vurduq. Səfərdə bizi çətin qarşılaşma gözləyir. Rəqib artıq iki qol fərqi ilə geridədir. Ev oyunlarında irəli atılmağa çalışacaqlar. Biz də boşluqlardan istifadə etməyə çalışacağıq. İlk hissədə daha yaxşı oynadıq. Boşluqlara şığıyan komanda olmaq istəyirdik. İlk qolu künc zərbəsindən vurduq. Daha sonra oyun epizodunda fərqləndik. Son dəqiqəyə qədər oyuna dominantlıq edən tərəf idik".

Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Kənddə əsası qoyulan Uels rekordçusu – "Sabah"ın Çempionlar Liqasındakı rəqibinin profili - TANITMA
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "TNS ilə oyunda əlimizdən gələni edəcəyik"
TNS klubunun baş məşqçisi Kreyq Harrison: "Cavab matçında nəticə qazanmağa çalışacağıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər