"Xatəm əl-Ənbiya": İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək
İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək.
"Far.Az" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının məlumatında bildirilib.
Qeyd olunub ki, ABŞ öhdəliklərinə əməl etməyərək İranın cənubuna zərbələr endirib.
"İran İslam Respublikasının Silahlı Qüvvələri Amerikanın təcavüzünə sarsıdıcı cavab verəcək və heç bir halda onların Hörmüz boğazının işlərinə və idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək", - bəyanatda vurğulanıb.
Həmçinin Hörmüz boğazında ticarət gəmilərinin və neft tankerlərinin gediş-gəlişi üçün yeganə təhlükəsiz keçidin İslam Respublikasının müəyyən etdiyi marşrut olduğu bir daha qeyd edilib.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq İslam Respublikasına güclü zərbələr endirməyə başladığını açıqlayıb.
Bundan başqa, ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib. Rəsmi Tehran isə bunu İslamabad Memorandumunun 10-cu bəndinin açıq şəkildə pozulması kimi dəyərləndirib.
Oxşar xəbərlər
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib













