İranın Xuzistan əyalətində ABŞ-nin zərbələri nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB
ABŞ-nin zərbələri nəticəsində İranın Xuzistan əyalətində bir nəfər ölüb, iki nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz və Aerokosmik qüvvələri ABŞ-nin İrana zərbə endirməsinə qarşılıq verib.
"Report" xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını "Fars" agentliyi yayıb.
Bəyanatda ABŞ-nin hücumları sabiq ali dini rəhbər "Əli Xameneinin vida mərasiminə kölgə salmaq" məqsədi güddüyü bildirilib.
"İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz və Aerokosmik Qüvvələri müştərək raket və PUA əməliyyatı zamanı Amerikanın Salman limanı, Bəhreynin beşinci dəniz bölgəsi və Küveytin "Əli Əs-Salim" aviabazasındakı 85 mühüm hərbi obyektini darmadağın edib və düşmənin əməliyyata müdaxilə etmək istəyən bir "MQ-9" PUA-sını vurub", - bəyanatda vurğulanıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən isə 80-dən çox hədəfə hücum edərək İrana qarşı yeni zərbələr seriyasını başa çatdırıldığı açıqlanıb.
Komandanlıqdan həmçinin SEPAH-ın 60-dan çox katerinə hücum edildiyini bildirilib.
CENTCOM İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq İslam Respublikasına güclü zərbələr endirməyə başladığını açıqlayıb.
Bundan başqa, ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib. Rəsmi Tehran isə bunu İslamabad Memorandumunun 10-cu bəndinin açıq şəkildə pozulması kimi dəyərləndirib.
Oxşar xəbərlər
ABŞ və İran bir-birinin 80-dən çox hərbi obyektinə qarşılıqlı zərbələr endirib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













