Türkiyənin enerji şirkəti Bakı Fond Birjasında İPO-ya çıxa bilər
Far.Az xəbər saytı

Türkiyənin enerji şirkəti Bakı Fond Birjasında İPO-ya çıxa bilər


Bakı Fond Birjasında (BFB) Türkiyənin "NP Petrol" şirkətinin səhmlərinin ilkin kütləvi təklif (İPO) yolu ilə yerləşdirilməsi məsələsi müzakirə olunub.

"Far.Az" BFB-yə istinadən xəbər verir ki, birjada Türkiyənin aparıcı investisiya şirkətlərindən biri olan "Global Menkul Değerler" A.Ş. və onun müştərisi olan "NP Petrol" şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

Görüşün əsas mövzusu "NP Petrol"un səhmlərinin BFB-də İPO vasitəsilə yerləşdirilməsi perspektivləri olub.

Səfər çərçivəsində şirkətin nümayəndə heyəti BFB-nin rəhbərliyi və listinq komandası ilə Azərbaycan kapital bazarı qanunvericiliyinə uyğun listinq prosesi, tənzimləyici tələblər və İPO mexanizmi ilə bağlı ətraflı müzakirələr aparıb. Tərəflər həmçinin İPO-nun mümkün vaxt qrafikini və strukturunu nəzərdən keçiriblər.

Görüş zamanı BFB ilə "NP Petrol" arasında Listinq Məsləhət Proqramı (LMP) üzrə müqavilə də imzalanıb.

Nümayəndə heyəti səfər çərçivəsində yerli kapital bazarında fəaliyyət göstərən bir sıra investisiya şirkətləri ilə də görüşüb. Həmin görüşlərdə potensial anderraytinq imkanları, yerli kapital bazarının strukturu, investor marağı və bazar təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "NP Petrol" Naxçıvan Muxtar Respublikasının 9 rayonunda yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir və regionun yanacaq təchizatı bazarının əsas iştirakçılarından hesab olunur.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər