Ərdoğan: Türkiyə müdafiə sənayesində NATO-nun ən öndə gedən ölkələrindən biridir
Far.Az xəbər saytı

Ərdoğan: Türkiyə müdafiə sənayesində NATO-nun ən öndə gedən ölkələrindən biridir


Türkiyə müdafiə sənayesində NATO-nun ən öndə gedən ölkələrindən biridir.

"Report"un Türkiyə bürosunun xəbərinə görə bunu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən Zirvə toplantısından sonra mətbuat konfransında bildirib.

O, deyib ki, Türkiyədə 22 ildən sonra ikinci dəfə təşkil edilən NATO-nun Zirvə toplantısı uğurla başa çatıb: "Avro-Atlantik təhlükəsizliyinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə ev sahibliyi etdiyimiz bu tarixi zirvə ümumi gələcəyimizə istiqamət verəcək mühüm rol oynayacaq".

Türkiyə Prezidenti bildirib ki, zirvə çərçivəsində NATO müttəfiqləri arasında Avropa ölkələrinin alyansın təhlükəsizliyi və müdafiəsi sahəsində daha böyük məsuliyyət üzərinə götürməsinin vacibliyi barədə aydın və təxirəsalınmaz mesajlar verilib.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər