ABŞ Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verəcək
Far.Az xəbər saytı

ABŞ Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verəcək


ABŞ Ukraynaya "Patriot" zenit-raket komplekslərinin istehsalı üçün lisenziya verəcək.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

"Biz sizə "Patriot" istehsalı üçün lisenziya verəcəyik. Bu, kifayət qədər yaxşı fürsətdir", - deyə Tramp qeyd edib.

Bununla yanaşı, ABŞ Prezidenti yaxın vaxtlarda Ukraynaya birbaşa "Patriot" kompleksləri üçün hazır raketlərin tədarük edilməsi ehtimalını faktiki olaraq istisna edib. O, bu silahların hazırda ABŞ-nin öz müdafiəsi üçün də zəruri olduğunu vurğulayıb:

"Bizdə "Patriot" var, lakin onların sayı çox deyil. Həmin silahlar özümüzə də lazımdır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub
Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər