Mikayıl Cabbarov: "Rəqəmsallaşma dövründə maliyyə cinayətləri ilə mübarizədə dövlət-özəl tərəfdaşlığı gücləndirilməlidir"
Azərbaycanda maliyyə kəşfiyyatı orqanları ilə aidiyyəti qurumlar arasında operativ məlumat mübadiləsinin genişləndirilməsi maliyyə cinayətləri ilə mübarizənin effektivliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Maliyyə Kəşfiyyatı Orqanlarının vahid beynəlxalq təşkilatı olan Eqmont Qrupunun 32-ci Plenar İclasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, bu mənada dövlət və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsi də vacibdir
Eqmont Qrupunun sədri Elzbieta Franko-Yaskeviç (Elżbieta Franków-Jaśkiewicz) bildirib ki, tədbir maliyyə kəşfiyyatı orqanlarının bir araya gələrək fikir mübadiləsi apardıqları və maliyyə cinayətləri ilə mübarizədə birgə fəaliyyətlərini gücləndirdikləri mühüm platformadır.
Daha sonra söz Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) Prezidenti Giles Thomsona verilib. O, çıxışında maliyyə cinayətləri ilə mübarizədə beynəlxalq əməkdaşlığın, maliyyə kəşfiyyatı məlumatlarının operativ mübadiləsinin və qlobal tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə çıxışında bildirib ki, Azərbaycan üçün Eqmont Qrupunun nümayəndələrini Bakıda qəbul etməkdən məmnunluq duyur. O qeyd edib: "Əminik ki, keçirilmiş müzakirələr beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə və maliyyə cinayətləri ilə mübarizədə ortaq səylərimizin inkişafına mühüm töhfə verəcək".
2026-cı il Plenar İclasının əsas mövzularından biri maliyyə cinayətlərinin dəyişən xarakteri fonunda dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi olub. Bu çərçivədə maliyyə kəşfiyyatı orqanları, hüquq-mühafizə və nəzarət qurumları, eləcə də maliyyə sektoru nümayəndələri arasında məlumat mübadiləsinin və birgə fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Eqmont Qrupu dünya üzrə maliyyə kəşfiyyatı orqanlarını birləşdirən beynəlxalq təşkilat olaraq üzvlər arasında təhlükəsiz informasiya mübadiləsini, peşəkar inkişafı və maliyyə cinayətləri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini təşviq edir.
Xatırladaq ki, iyulun 5-10-nu əhatə edən tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Plenar iclas, İşçi və Regional Qrupların görüşləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə (ƏL/TMM) beynəlxalq əməkdaşlığın gücləndirilməsi, maliyyə kəşfiyyatı sahəsində aktual çağırışlar və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
-
Süni intellekt üçün internet Bakcelldən
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"













