Rusiyadan Ermənistana göndərilən propan və gübrə Biləcəridən yola salındı
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Far.Az "Report"a istinadən xəbər verir ki, 14 vaqonda ümumi çəkisi 470 ton olan propan və 5 vaqonda ümumi çəkisi 339 ton olan gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
*** 12:20
Bu gün Azərbaycandan tranzit keçməklə 14 vaqon propan, 5 vaqon gübrə Rusiyadan Ermənistana göndəriləcək.
Far.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycandan tranzit keçməklə Ermənistana 470 ton propan və 339 ton gübrə göndərilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib - YENİLƏNİB
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür
Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













