Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək
Far.Az xəbər saytı

Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək


Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub.

Son məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən aviaşirkətlər artıq 1,3 mindən çox reysi gecikdirib.

"Bavi" tayfunu yerli vaxtla saat 23:20-də Çinin şərqində yerləşən Çjetszyan əyalətinə çatıb. Tayçjou şəhəri yaxınlığında siklonun quruya çıxışı zamanı küləyin sürəti 40 m/s. təşkil edib.

Təbiət hadisəsinin yaxınlaşması ilə əlaqədar ölkənin şərq bölgələrində təxminən 2 milyon nəfər təxliyə edilib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər