Tayvanda "Bavi" tayfunu səbəbindən 178 min ailə işıqsız qalıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Tayvanda "Bavi" tayfunu səbəbindən 178 min ailə işıqsız qalıb - YENİLƏNİB


Tayvanda "Bavi" qasırğasının fəsadları səbəbindən 177 400-dən çox ailə işıqsız qalıb.

"Report"un xəbərinə görə, bunu "Focus Taiwan"n son məlumatları göstərir.

Tayfunla əlaqəli hadisələrdə 87 nəfər xəsarət alıb. Bununla yanaşı, ağır xəsarət alanlar barədə məlumat verilmir.

Adanın aviasiya orqanlarının məlumatına görə, fırtına səbəbindən son iki gündə təxminən 1 200 daxili, beynəlxalq və tranzit uçuş ləğv edilib. Həmçinin qonşu adalara və Çinin materik hissəsinə bərə xidməti də müvəqqəti dayandırılıb.

Təhlükəli ərazilərdən 14 000-dən çox insan təxliyə edilib ki, bunların 5 000 nəfərdən çoxu - Hualyan qraflığından olub.

Meteoroloqların məlumatına görə, 50 m/s-ə qədər külək və güclü yağışla müşayiət olunan "Bavi" 1987-ci ildən bəri Tayvanda tüğyan edən ən güclü qasırğa ola bilər. Qasırğanın iyulun 11-də axşam və ya iyulun 12-də səhər tezdən adadan geri çəkiləcəyi proqnozlaşdırılır.

Tayvanda "Bavi" tayfunu nəticəsində 87 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alanların çoxu artıq xəstəxanalardan buraxılıb, ölüm və ya ciddi xəsarət halları qeydə alınmayıb.

Ada üzrə 14,2 min nəfər təxliyə edilib, onların əksəriyyəti Tayvanın şərqindəki Hualyan qəzasındadır. Bununla yanaşı, 27 minə yaxın ev təsərrüfatı işıqsız qalıb.

Bundan əlavə, Yaponiyada isə "Bavi" qasırğası nəticəsində 12 nəfər xəsarət alıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər