"Chevron" şirkətinin neft tankerinə Qara dənizdə dron hücumu edildi
Far.Az xəbər saytı

"Chevron" şirkətinin neft tankerinə Qara dənizdə dron hücumu edildi


ABŞ-nin "Chevron" şirkəti tərəfindən icarəyə götürülmüş "Yasa Polaris" adlı neft tankeri Qara dənizdə dron hücumuna məruz qalıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, gəmiyə Novorossiysk ərazisində Xəzər Boru Kəməri Konsorsiumunun neft yükləmə terminalına yaxınlaşarkən PUA zərbəsi həyata keçirilib.

Bildirilir ki, gəminin ekipajı zərər görməyib və Qazaxıstan neftinin ixracı dayandırılmayıb.

Ən böyük səhmdarı ABŞ-nin "Chevron" şirkəti olan "Tengizchevroil" "CPC Blend" markalı neftin əsas ixracatçılarından biri kimi çıxış edir. Bu neft əsasən Qazaxıstandakı Tengiz yatağında hasil olunur. Gəmi Türkiyədə qeydiyyatdan keçmiş "Yasa Holding" şirkəti tərəfindən idarə olunur.

Oxşar xəbərlər

Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər