Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
İsrail aviasiyası iyulun 11-də Livanın cənubundakı bir neçə rayona zərbələr endirib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi mənbəyə istinadən məlumat yayıb.
"İsrail aviasiyası səhər saatlarından Livanın cənubundakı bir sıra rayonlara zərbələr endirir", - deyə agentliyin həmsöhbəti bildirib.
Mənbə dəqiqləşdirib ki, İsrail pilotsuz uçuş aparatları Kfar-Tibnit və Nəbatiyyə əl-Fauka yaşayış məntəqələrinin ətraflarına hücum edib, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri isə Nəbatiyyə şəhərinə zərbə endirib. Bundan əlavə, onun sözlərinə görə, İsrail ordusu Bint-Cbeyl və Hula yaşayış məntəqələrində evlərin və infrastruktur obyektlərinin bir neçə idarə olunan partladılmasını həyata keçirib.
Daha əvvəl ABŞ administrasiyası İsrail tərəfindən işğal olunmuş Livan ərazilərinə nəzarətin ABŞ qüvvələrinin koordinasiyası ilə Beyruta qaytarılması barədə qərar qəbul edib. Bildirilir ki, ABŞ yaxın vaxtlarda Livanın bu ərazilərdə suverenliyini bərpa etməsinə kömək məqsədilə beynəlxalq məsləhətləşmələrə başlayacaq.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
BŞİH: Qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb, hər bir rayona cavabdeh şəxs təyin edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Qaxda vətəndaş qəbulu keçirilib
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
-
Qobustanda ağır qəza: Ölən var













