Banqladeşdə daşqınlar 44 nəfərin həyatına son qoyub, yüz minlərlə sakin evsiz qalıb
Banqladeşin cənub-şərqində günlərlə davam edən şiddətli musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri azı 44 nəfərin həyatına son qoyub, bir milyondan çox insan evsiz qalıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" ölkənin Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinə istinadən məlumat yayıb.
"Çittaqonq, Koks-Bazar, Bandarban, Ranqamati, Xaqraçxari, Mulvibazar və Habiqanc olmaql,a yeddi dairəni əhatə edən daşqınlar adi həyat tərzini pozub, minlərlə ailənin təcrid olunmasına səbəb olub və 267 918 təsərrüfatçını evsiz qoyub", - bəyanatda bildirilir.
Qeyd olunub ki, selin yuduğu yollar və zədələnmiş körpülər humanitar təşkilat əməkdaşlarının ən çox zərər çəkmiş rayonlara daxil olmasını çətinləşdirir. Hakimiyyət yardım göstərmək səylərini artırdığı bir vaxtda, quru qoşunları və hərbi dəniz qüvvələrinin hərbçiləri təcrid olunmuş yaşayış məntəqələrinə qayıqlarla ərzaq, içməli su, dərman və digər ilk zərurət əşyaları çatdırırlar.
Şiddətli yağışlar bu həftənin əvvəlində Koks-Bazardakı rohinca qaçqın düşərgələrində də torpaq sürüşmələrinə səbəb olub, nəticədə qadın və uşaqlar da daxil olmaqla 16 qaçqın həlak olub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Qaxda vətəndaş qəbulu keçirilib
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
-
Qobustanda ağır qəza: Ölən var













