Balıqçılıqla bağlı yoxlamalar dayandırılması üçün hüquqi baza yaradılır
Balıqçılıq sahəsində nəzarətlə bağlı yoxlamalar yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına daxil edilir.
"Far.Az" xəbər verir ki, bu barədə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara dəyişiklik təklif edilir.
Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, mövcud redaksiyada qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət istisna kimi nəzərdə tutulsa da, bu nəzarətin ilkin mərhələsini təşkil edən balıqçılıq fəaliyyəti birbaşa əhatə olunmur.
Qeyd edilib ki, təklif olunan əlavə qida təhlükəsizliyi sistemindəki bu normativ boşluğu aradan qaldıraraq nəzarətin "istehsaldan istehlaka qədər" prinsipi əsasında həyata keçirilməsinə hüquqi zəmin yaradır. Balıqçılıq sahəsində hüquq pozuntuları (qanunsuz ovlanma, kvota pozuntuları) qısa müddətdə baş verdiyindən və nəticələri sürətlə genişləndiyindən, bu sahədə çevik nəzarət imkanının təmin edilməsi ekoloji tarazlığın, biomüxtəlifliyin və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının qorunması baxımından zəruridir.
Oxşar xəbərlər
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Şabranda hotelin fəaliyyəti dayandırıldı - yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir













