ABŞ İrana yeni zərbələr endirdi, Tramp Natanzı hədəf göstərdi
Far.Az xəbər saytı

ABŞ İrana yeni zərbələr endirdi, Tramp Natanzı hədəf göstərdi


ABŞ ilə İran arasında gərginlik daha da dərinləşib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı ardıcıl üçüncü gecə həyata keçirilən hərbi əməliyyatın növbəti mərhələsinin başa çatdığını açıqlayıb.

Far.Az xəbər verir ki, CENTCOM-un yaydığı məlumatda bildirilir ki, beş saat davam edən əməliyyat çərçivəsində İranın Buşehr, Çabahar, Cask, Konarak, Bəndər-Abbas limanları və Əbu-Musa adası ətrafındakı hərbi obyektlər hədəfə alınıb.

Zərbələr əsasən İranın sahil müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatları infrastrukturu, eləcə də dəniz əməliyyat imkanlarını zəiflətmək məqsədi daşıyıb. Komandanlıq vurğulayıb ki, əməliyyat zamanı yüksək dəqiqlikli idarəolunan sursatlardan istifadə olunub və əsas məqsəd İranın Hörmüz boğazında beynəlxalq ticarət gəmilərinə təhlükə yaratmaq imkanlarını minimuma endirməkdir.

Məlumata əsasən, Yaxın Şərqdə hazırda 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib və bütün qüvvələr yüksək döyüş hazırlığı vəziyyətində saxlanılır.

Bu arada ABŞ Prezidenti Donald Tramp "Salem Radio Network" radiosuna müsahibəsində İranın Natanz nüvə kompleksinin yaxınlığında yerləşən hədəflərə qarşı yeni zərbələrin qaçılmaz olduğunu bildirib.

"Biz bunu edəcəyik. İran buna hazırlaşmalıdır. Bu gecə də, sabah da çox ciddi zərbələr endiriləcək", - deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ administrasiyası Konqresi İrana qarşı hərbi əməliyyatların başlanması barədə artıq rəsmi şəkildə məlumatlandırıb.

Digər tərəfdən, CNN ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarına qarşı planlaşdırılan dəniz blokadasının həyata keçirilməsində ciddi çətinliklərlə üzləşdiyini yazıb. Telekanalın ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, Ərəbistan dənizinin geniş ərazisinə nəzarət etmək, bütün ticarət gəmilərini yoxlamaq və eyni zamanda bölgədə yerləşən təxminən 20 min hərbçinin təhlükəsizliyini təmin etmək əməliyyatı xeyli mürəkkəbləşdirir.

Mənbələr qeyd ediblər ki, ABŞ ordusunun bu miqyasda dəniz blokadası ilə bağlı müasir əməliyyat təcrübəsi yoxdur. Belə bir əməliyyat sonuncu dəfə 1962-ci ildə Karib böhranı zamanı həyata keçirilib. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi kapitan Timoti Houkins isə ordunun artıq İran limanlarına istiqamətlənən gəmilərin saxlanılması üçün hazırlıq gördüyünü təsdiqləyib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər