Rusiyanın zərbələri nəticəsində Ukraynanın bir sıra vilayətlərində ölənlər və onlarla yaralanan var - YENİLƏNİB
Far.Az xəbər saytı

Rusiyanın zərbələri nəticəsində Ukraynanın bir sıra vilayətlərində ölənlər və onlarla yaralanan var - YENİLƏNİB


Rusiya hərbçiləri ötən sutka ərzində Ukraynanın Xerson, Dnepropetrovsk və Xarkov vilayətlərinə zərbələr endirib, ölənlər və onlarla yaralanan var.

Bu barədə "Far.Az" Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin açıqlamasına istinadən xəbər verir.

Təkcə Xerson vilayətində 3 nəfər ölüb, daha 25 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, zərbələr kritik və sosial infrastruktura, eləcə də yaşayış məhəllələrinə endirilib.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja sosial şəbəkələrdə bildirib ki, Rusiya ordusu gecə ərzində regiona dronlarla zərbələr endirib, nəticədə 2 nəfər ölüb və 4 nəfər xəsarət alıb, mülki infrastruktur zərər görüb.

Xarkov vilayəti Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov isə öz növbəsində vurğulayıb ki, regionun 12 yaşayış məntəqəsinə zərbələr endirilib, nəticədə 11 nəfər xəsarət alıb.

Rusiya Silahlı Qüvvələri çərşənbə axşamı səhərə qədər Ukraynanın Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə 1 000-dən çox zərbə endirib və nəticədə 16 nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqram kanalında məlumat verib.

"Ümumilikdə son sutka ərzində işğal qüvvələri Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə 1 011 zərbə endirib. Düşmənin Zaporojye və Zaporojye rayonuna hücumları nəticəsində aralarında bir uşağın da olduğu 16 nəfər yaralanıb", - o bildirib.

İ.Fedorov dəqiqləşdirib ki, gecə ərzində Rusiya ordusu vilayətə 17 aviasiya zərbəsi endirib.

Bundan əlavə, müxtəlif modifikasiyalı 691 pilotsuz uçuş aparatının uçuşu qeydə alınıb.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər