Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB
Far.Az xəbər saytı

Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB


"Bakı Metropoliteni"nin gələcək inkişafı ilə bağlı maraq doğuran məsələlərdən biri də yeni stansiyaların quruluşu və sərnişinlər üçün keçid imkanlarıdır.

Far.Az-in məlumatına görə, xüsusilə metro şəbəkəsi genişləndikcə stansiyaların daha mürəkkəb və çoxsəviyyəli formada inşa edilib-edilməyəcəyi sual doğurur.

Maraqlıdır ki, Bakı metrosunda gələcəkdə xaricdəki kimi çoxmərtəbəli, çoxpilləli stansiyalar ola bilərmi?

"Bakı Metropoliteni" QSC-dən Far.Az-in sorğusuna cavab olaraq bildirildi ki, metro şəbəkəsi daha da genişləndikcə, qrunt xarakteristikası, dərinlik faktoru və digər amillər nəzərə alınmaqla gələcəkdə xətlərin kəsişməsində ikimərtəbəli stansiya inşa edilməsi istisna olunmur:

"Lakin, konseptual inkişaf sxemində yer alan stansiyaların inşası zamanı bu tip keçid stansiyalarının tikilməsi nəzərdə tutulmayıb".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sabirabadda qrunt sularının axıdılması üçün açıq körpü tikiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər