AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov: "Fransa - İspaniya matçı erkən finaldır"
Far.Az xəbər saytı

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov: "Fransa - İspaniya matçı erkən finaldır"


ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinin Fransa - İspaniya oyunu erkən final hesab edilir.

Bu barədə "Far.Az"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

67 yaşlı mütəxəssis bu gün baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:

"Turnirin bu mərhələsində zəif komanda qalmadığı üçün şanslar, demək olar ki, bərabərdir. Heyət dərinliyi, taktiki hazırlıq və bura qədər gəldikləri yola əsasən komandaların şanslarını bərabər hesab edirəm. Fransa - İspaniya cütü erkən final hesab edilir".

V.Sadıqov Fransa millisi haqqında fikirlərini bölüşüb:

"Kilian Mbappenin liderlik etdiyi komanda yarımfinaladək çox inamlı gəlib. Mundialın əsas favoritlərindən biri olduqlarını sübut edirlər. Fiziki güc, hücum xəttinin kəsərliliyi və böyük turnirlərdə təcrübə onların əsas üstünlüyüdür".

Təcrübəli mütəxəssis son Avropa çempionu İspaniyanın DÇ-2026-da da iddialı olduğunu sözlərinə əlavə edib:

"Heyətdə gənc ulduz futbolçular var. Komanda sürətli ötürmələrə əsaslanan dinamik oyunu ilə turnirin ən baxımlı futbol sərgiləyən komandasıdır. Düşünürəm ki, Fransanın müdafiəçiləri qarşısında onların işi asan olmayacaq".

Xatırladaq ki, Fransa - İspaniya oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İngiltərə - Argentina duelinin güclüsü ilə üz-üzə gələcək. Həlledici qarşılaşma iyulun 19-da keçiriləcək.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Kanada Azərbaycan Məktəbi 2026-cı il məzunlarını təntənəli mərasimlə yola salıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər