"Level Leasing" maliyyə vəziyyətini açıqlayıb
"Level Leasing" ASC 2025-ci ili 459 min manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 18,5 % çoxdur.
Ötən il "Level Leasing"in vergiyəqədərki mənfəəti 573 min manat (əvvəlki ilə nisbətən 16,4 % çox), mənfəət vergisi ödəmələri isə 114 min manat (8,6 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Level Leasing"in aktivləri 8,654 milyon manat olub ki, bu da illik müqayisədə 23,95 % azdır. Bunun 7,839 milyon manatı xalis investisiyalardır. Son 1 ildə şirkətin lizinq portfeli 28,6 % kiçilib.
Hesabat dövründə "Level Leasing"in öhdəlikləri 23,45 % azalaraq 8,253 milyon manata, balans kapitalı isə 48,15 % azalaraq 311 min manata düşüb.
Xatırladaq ki, "Level Leasing" 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,05 milyon manatdır. Şirkətin səhmləri "Hermes Finance" ASC (38 %), Zərifə Quliyeva (27,9 %), Nuranə Mehraliyeva-Rzayeva (27,9 %), Lalə Bədirova (6,19 %) və Mənzər Qarayevaya (0,01 %) məxsusdur. N.Mehraliyeva-Rzayeva həm də lizinq fəaliyyəti ilə məşğul olan "Hermes Finance"da 45 % pay sahibidir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı yaranan mübahisəyə aydınlıq gətirib
"Ekolizinq"in aktivləri 20 %-dən çox azalıb
"Ferrum Kapital"ın kredit portfeli 26 %-ə yaxın kiçilib
Azərbaycan lizinq şirkətində səhmlərin geri alınmasına dair növbədənkənar yığıncaq planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













