Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin nümayəndələri ilə görüş keçirilib.
"Report" xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əmək hüquqlarının müdafiəsi, üzvlərin sağlamlığının qorunması və istirahətinin təşkili istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb, yollayışların "E-AHİK" Elektron Rezervasiya Sistemi vasitəsilə üzərindən verilməsi mexanizmi, Konfederasiyanın "Kurort" Turizm İnformasiya Mərkəzinin, eləcə də Turizm və Ekskursiyalar Şurasının fəaliyyətindən bəhs olunub.
Qonaqlara "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyəti, sağlamlıq və istirahət mərkəzlərində yenidənqurma və rəqəmsallaşdırma istiqamətlərində görülən işlər haqqında məlumat verilib.
Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin baş direktoru Kubanıçbek Kanıbekov səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq və istirahət mərkəzlərində yaradılmış şərait, tətbiq olunan idarəetmə mexanizmləri və göstərilən xidmətlərlə yaxından tanış olduqlarını, əldə etdikləri təcrübənin faydalı olduğunu bildirib.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı "Kurort" QSC ilə Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsi arasında sanatoriya-kurort və turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum tərəflər arasında təcrübə mübadiləsini, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsini və sanatoriya-kurort, eləcə də turizm sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
-
Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub
-
Hörmüzdə gərginlik artır: İran tankerlər və ABŞ bazalarını vurdu
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama













