Ölkə.Az 12 yaşını qeyd edir
Far.Az xəbər saytı

Ölkə.Az 12 yaşını qeyd edir


Bu gün Ölkə.Az-ın 12 yaşı olur.

Far.Az xəbər verir ki, Ölkə.Az xəbər saytı 12 illik yubileyini qeyd edir. 2014-cü ildə qurulan bu platforma sürətlə genişlənərək Azərbaycanın aparıcı xəbər mənbələrindən birinə çevrilib.

Gündəlik xəbərlər, təhlillər, müsahibələr və reportajlarla oxucularını məlumatlandıran Ölkə.Az etibarlı və obyektiv informasiya təmin etmək missiyasını uğurla yerinə yetirir.

12 il ərzində Ölkə.Az xəbər saytı jurnalistikada peşəkarlıq və obyektivlik prinsiplərini rəhbər tutaraq, oxucularının etimadını qazanıb. Bu müddət ərzində saytı oxuyanların dəstəyi və sədaqəti Ölkə.Az-ın böyüməsinə və inkişafına böyük təkan verib. Bu səbəbdən Ölkə.Az kollektivi oxuculara sonsuz təşəkkürlərini bildirir.

Biz Ölkə.az xəbər saytı olaraq, gələcəkdə də eyni peşəkarlıq və sadiqliklə xidmət göstərməyə davam edəcəyik. Oxucularımıza doğru, dəqiq və obyektiv məlumatlar çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Sizlərin dəstəyi ilə daha da böyüyəcək və inkişaf edəcəyik.

Kollektivimiz adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər