AMB: Sistem əhəmiyyətli banklarda əməkdaşların 30 %-i rəqəmsal sahədə çalışır
Azərbaycanda sistem əhəmiyyətli banklarda əməkdaşların 30 %-i rəqəmsal sahədə çalışır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Azərbaycanda rəqəmsallaşmanın genişmiqyaslı inkişafı 2018-ci ildən müşahidə edilir: "Həmin dövrdə köçürmələrdə elektron bankçılığın payı 26 % idisə, bu gün artıq 82 %-ə yüksəlib. Bu, kifayət qədər ciddi artımdır. Eyni zamanda, kart ödənişlərində nağdsız əməliyyatların payı 17,8 %-dən 69,7 %-ə çatıb. Son dövrdə əldə olunan nəticələrə nəzər salsaq, ani ödənişlər sistemi üzrə dövriyyə 2025-ci ilin I rübündə 87 milyon manat olduğu halda, hazırda 940 milyon manata yüksəlib. Bu göstəricilər təkcə texnologiyaların tətbiqini deyil, həm də vətəndaşların və biznesin maliyyə davranışında baş verən əsaslı dəyişiklikləri əks etdirir. Artıq rəqəmsal kanallar maliyyə sektorunda alternativ deyil, əsas xidmət kanalına çevrilib. Bu gün sektorda əsas rəqabət də məhz rəqəmsal kanallar üzərindən təqdim olunan xidmətlər əsasında formalaşır".
"Ən mühüm nailiyyətlərdən biri isə rəqəmsal sahədə insan kapitalının formalaşmasıdır. Son araşdırmalarımız göstərir ki, sistem əhəmiyyətli banklarda əməkdaşların 30 %-ə qədəri məhz rəqəmsal istiqamətdə fəaliyyət göstərir. Buraya proqramçılar, süni intellekt mühəndisləri, məhsul sahibləri (Product Owner) və "DevOps" mütəxəssisləri daxildir. Hesab edirik ki, bu tendensiya ölkədə formalaşan rəqəmsal ekosistemin inkişafına da mühüm töhfə verir", - deyə AMB rəsmisi əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi
-
Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib













