"Anglo Asian Mining" I yarımildə Azərbaycanda qızıl istehsalını 1,8 % artırıb
Far.Az xəbər saytı

"Anglo Asian Mining" I yarımildə Azərbaycanda qızıl istehsalını 1,8 % artırıb


Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın "Anglo Asian Mining" dağ-mədən şirkəti 2026-cı ilin I yarımilində 12,329 min unsiya qızıl istehsal edib.

"Report" şirkətin məlumatlarına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 % çoxdur.

Hesabat dövründə gümüş istehsalı 48,9 % artaraq 92,855 min unsiyaya çatıb, mis istehsalı isə 7,4 dəfə artaraq 8,84 min ton təşkil edib.

Yanvar-iyun aylarında AAM dünya bazarlarında 7,126 min unsiya qızıl külçə satıb ki, bu da 2025-ci ilin I yarımili ilə müqayisədə 27,1 % azdır. Bununla yanaşı, bir unsiya üçün orta satış qiyməti artaraq 4 664 ABŞ dollarına (bir il əvvəl 3 077 ABŞ dolları) çatıb.

Hesabat dövründə mis konsentratının satış həcmi 58,577 min ton təşkil edib ki, bu da 2025-ci ilin I yarımilinin göstəricisindən 6,4 dəfə çoxdur. Satışdan əldə olunan gəlir 11,3 dəfə artaraq 125,9 milyon ABŞ dollarına çatıb. Ümumi həcmin 54,5 milyon ABŞ dolları məbləğində 26,882 min tonu "Gədəbəy" yatağında, 71,4 milyon ABŞ dolları məbləğində 31,695 min tonu isə "Dəmirli" yatağında istehsal edilib.

İyunun 30-na olan vəziyyətə görə, şirkətin qiymətli metal ehtiyatlarının bazar dəyəri 69,8 milyon ABŞ dolları təşkil edib. AAM-in borcu 12,2 milyon ABŞ dolları, xalis pul vəsaitlərinin həcmi isə 57,6 milyon ABŞ dolları olaraq qiymətləndirilib.

Oxşar xəbərlər

"Anglo Asian Mining" I rübdə Azərbaycanda mis hasilatını təxminən 7 dəfə artırıb
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
"Anglo Asian Mining" Azərbaycanda iki yeni qızıl yatağının işlənməsi üçün məsləhətçi cəlb edir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
“Anglo Asian Mining” 2024-cü ildə qızıl hasilatının həcmini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər