Azərbaycan və IMF arasında institusional inkişaf üzrə əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında fiskal siyasət və institusional inkişaf üzrə əməkdaşlıq müzakirə edilib.
"Far.Az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu gün nazirin I müavini Anar Kərimov Fondun Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan iqtisadiyyatında inkişaf meyilləri, fiskal siyasət, ortamüddətli perspektivlər, növbəti IV Maddə məsləhətləşmələrinin əsas istiqamətləri və potensialın inkişafı sahəsində IMF-in gələcəkdə Azərbaycana göstəriləcək dəstəyin prioritet istiqamətləri müzakirə olunub.
A.Kərimov son illərdə ölkəmizdə həyata keçirilən fiskal islahatlar barədə ətraflı məlumat verərək bildirib ki, ortamüddətli fiskal çərçivənin tətbiqi makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, dövlət borcunun dayanıqlı səviyyədə saxlanılması, Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin qorunması, büdcə xərclərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, ortamüddətli dövrdə dövlət büdcəsinin qeyri-neft gəlirləri hesabına maliyyələşmə imkanlarının genişləndirilməsi, ARDNF-dən transfertlərin mərhələli şəkildə azaldılması və fiskal dayanıqlığın daha da gücləndirilməsi hökumətin əsas prioritetləri sırasındadır.
Dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan bəhs edən A.Kərimov nəticəəsaslı büdcə mexanizminin tətbiqinin genişləndirildiyini, ortamüddətli xərclər çərçivəsinin əhatə dairəsinin mərhələli şəkildə artırıldığını, bu islahatların dövlət vəsaitlərinin daha səmərəli idarə edilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Hənçinin, dövlət maliyyəsinin idarə olunmasının rəqəmsallaşdırılması, dövlət müəssisələrinin monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və büdcə şəffaflığının artırılması istiqamətində həyata keçirilən addımlar da nəzərdən keçirilib.
Öz növbəsində, xanım A.Bordon Azərbaycan hökuməti ilə IMF arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, ölkədə dövlət maliyyəsinin idarə olunması və makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. O, IMF-in bundan sonra da iqtisadi siyasətin təkmilləşdirilməsi, fiskal idarəetmə və institusional potensialın gücləndirilməsi sahələrində Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. Görüş çərçivəsində, həmçinin, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, yaşıl inkişaf gündəliyi və işğaldan azad edilmiş ərazilərin bərpası da daxil olmaqla, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi













