Astronavtlar orbitdə ilk dəfə rentgen görüntüsü çəkdilər
Far.Az xəbər saytı

Astronavtlar orbitdə ilk dəfə rentgen görüntüsü çəkdilər


Kosmosda tibbi diaqnostika sahəsində mühüm yenilik əldə olunub. Astronavtlar tarixdə ilk dəfə orbitdə yüksək keyfiyyətli rentgen görüntüləri çəkməyə nail olublar.

Far.Az xəbər verir ki, bu uğur SpaceX-in Fram2 missiyası çərçivəsində əldə edilib. Tədqiqatın nəticələri nüfuzlu Radiology jurnalında dərc olunub.

İndiyədək kosmik missiyalarda təxminən 40 il ərzində yalnız ultrasəs cihazlarından istifadə edilirdi. Rentgen avadanlığının çəkisizlik şəraitində sabit işləməsi mümkün olmadığından bu texnologiya kosmosda tətbiq edilmirdi.

Lakin son illərdə hazırlanmış yüngül, batareya ilə işləyən və simsiz rəqəmsal rentgen cihazları bu problemi aradan qaldırıb. Alimlər görüntülərdə bulanıqlığın qarşısını almaq üçün çox sürətli çəkiliş üsulu hazırlayıblar.

Fram2 missiyasının ekipajı uçuşdan əvvəl cəmi dörd saatlıq təlim keçdikdən sonra orbitdə əllərinin, qollarının, döş qəfəsinin, qarın və çanaq nahiyəsinin rentgen görüntülərini uğurla əldə edib. Yer üzündəki radioloqlar bu görüntülərin klinik diaqnoz üçün tam yararlı və yüksək keyfiyyətli olduğunu təsdiqləyiblər.

Mütəxəssislər hesab edirlər ki, yeni texnologiya gələcəkdə Ay və Mars missiyalarında astronavtların zədələrinin operativ diaqnostikasına imkan verəcək.

Bundan əlavə, portativ rentgen cihazı yalnız ekipajın sağlamlığının qorunmasına deyil, həm də kosmik gəmilərin daxili avadanlıqlarında yaranan gizli nasazlıqların aşkar edilməsinə kömək edəcək. Alimlər gələcəkdə bu sistemin daha da kiçildilərək uzunmüddətli kosmik missiyalar üçün uyğunlaşdırılmasını planlaşdırırlar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
"Artemis II" missiyası rekord qırdı: Astronavtlar Ayın cazibə zonasına daxil oldu
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər