Azərbaycan, Gürcüstan, Türkiyə və İtaliyanın milli mədəniyyət və mətbəxi Marneulidə tanıdılıb
Far.Az xəbər saytı

Azərbaycan, Gürcüstan, Türkiyə və İtaliyanın milli mədəniyyət və mətbəxi Marneulidə tanıdılıb


Marneulidə Azərbaycan, Gürcüstan, Türkiyə və İtaliyanın milli mədəniyyət və mətbəxini tanıdan Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilib.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, festival Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Tədbirin məqsədi müxtəlif xalqların zəngin mədəni irsinin, milli mətbəxinin və adət-ənənələrinin tanıdılması, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı və multikultural dəyərlərin təşviqi olub.

Festival çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və İtaliyanın milli mətbəx nümunələri təqdim olunub, milli geyimlər, musiqi alətləri və mədəni irsi əks etdirən guşələr nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov bildirib ki, mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir və bu cür tədbirlər qarşılıqlı anlaşma, dostluq və əməkdaşlığın inkişafına mühüm töhfə verir.

GAİM-in əməkdaşı Zülfinaz Əliyeva isə qeyd edib ki, festivalın əsas məqsədlərindən biri gənclər arasında multikultural dəyərlərin təşviqi, müxtəlif xalqların mədəni irsi və milli-mənəvi dəyərləri barədə məlumatlılığın artırılmasıdır.

Festivalın sonunda iştirakçılara Gürcüstan, Azərbaycan, Türkiyə və İtaliyanın mədəni irsi, milli mətbəxi və adət-ənənələrini əks etdirən maarifləndirici broşürlər paylanılıb.

Təşkilatçılar bildiriblər ki, festival müxtəlif xalqlar arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına xidmət edən mühüm platforma olub.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər