Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
Far.Az xəbər saytı

Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, səfər zamanı C.Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.

Zaxarova həmçinin vurğulayıb ki, XİN rəhbərləri Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Oxşar xəbərlər

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər